Səhər saatlarında Rusiya Federasiyasının Kaluqa şəhərində elektrik yarımstansiyasında yanğın baş verib.
Bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa öz “Telegram” kanalında məlumat verib.
“Yanğınsöndürmə briqadaları və təcili xidmətlər hadisə yerində işləyirlər. Tələfat yoxdur. Yarımstansiyaya qoşulan yaşayış məntəqələri işıqsız qalıb”, – deyə o yazıb.
Kaluqa meri Dmitri Denisov Rosva, Yaqlovo, Rezvan, Pletenevka, Mstixino, Kurovski və Babıninski rayonunun bir hissəsinin elektriksiz qaldığını bildirib.
“Energetiklər şəbəkələri ehtiyat enerji təchizatı sxeminə keçirirlər”, – deyə o, “Telegram” kanalında yazıb.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az