Seneqal Nigerə qoşun yeridə bilər

Dünya


Seneqal hakimiyyəti ordunu səfərbər etməyə başlayıb. Bu, ölkənin Nigerə qoşun göndərməyə hazır olması anlamına gələ bilər.

Bu barədə Seneqalın “L’Observateur” qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mbaye Sissenin qeydlərinə istinadən xəbər yayıb.

Məlumata görə, Sisse avqustun 11-də yazdığı memorandumda hərbçiləri ölkənin qərbindəki Ties şəhərində toplaşmağa çağırıb. Bu, QADİB (Qərbi Afrika İqtisadi Birliyi) hərbi müdaxilə variantını seçərsə, Seneqalın Nigerə qoşun göndərməyə hazır olduğuna sübut ola bilər.

QADİB-in Niger üzrə ikinci sammiti çərçivəsində Seneqal prezidenti Maki Sal eyham edib ki, hərbi həll yolu mümkündür, lakin sülh yolu ilə həll variantı prioritet olaraq qalır.

Qəzet adı açıqlanmayan Seneqal ordusunun zabitinə istinadən yazır ki, hərbçilər müdaxilə etməyə hazırdırlar və hakimiyyət orqanlarının tədbir görmək qərarını gözləyirlər.

Mənbə: TASS

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir