“Dünən ad günü idi. Uşaqlarla yeyib-içməyə getmişdi. Çiməcəklərini deməmişdi”.
Bunu avqustun 4-də Mingəçevirdə, Kür çayında boğulan Hüseyn Qurbanovun atası Məhərrəm Qurbanov oğlunun dəfn mərasimində deyib.
Atanın sözlərinə görə, gecə saatlarında ona övladının batması xəbərini veriblər: “Beş nəfər olublar. Ancaq oğlumla onun dostu Onur çimib”.
Qeyd edək ki, çayda boğulanlar – H.Qurbanov orta məktəbi bu il bitirib, 16 yaşlı Onur Oruclu isə 11-ci sinif şagirdi idi. Gənclərin hər ikisi Yevlax rayon sakinləridirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
www.icra-hakimyyeti.org.az