Təbrizin “Səhənd” stadionunda tamaşaçı qadınlar futbola buraxılacaqlar.
Bu barədə “Azad İran” “Telegram” kanalı yazıb.
“Asiya Futbol Konfederasiyasının stadionlarda qadınların iştirakına dəstək verməsinə əsasən, Asiya Çempionlar Liqasının pley-off mərhələsində Güney Azərbaycanın “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin “Şarcə” komandaları arasında keçirilən oyunda qadın tamaşaçılara icazə veriləcək”, – deyə Təbrizin İdman və Gənclər İdarəsinin baş direktoru bildirib.
Qeyd edək ki, oyun avqustun 22-də keçiriləcək.
www.icra-hakimyyeti.org.az