Ucarda piyadanı maşın vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı minik maşını 1981-ci il təvəllüdlü Xatirə Abbasəli qızı İsmayılovanı vurub. Ağır xəsarətlər alan qadın Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsmayılovanın Bakıdakı xəstəxanalardan birinə təxliyəsi planlaşdırılır.
Qeyd edək ki, adı çəkilən ərazidə gecə saatlarında piyadaların vurulması, ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Buna əsas səbəb şəhərdaxili yolun gecə saatlarında qaranlıq olması göstərilir.
www.icra-hakimyyeti.org.az