Ukrayna Silahlı Qüvvələri Rovensk Atom Elektrik Stansiyasının (AES) yaxınlığındakı sahələri minalayır.
Bu, Belarusla sərhədə ən yaxın atom elektrik stansiyasıdır.
Bu barədə Ukraynanın “5.ua” “Telegram” kanalı məlumat verib.
“Rovensk bölgəsində, atom elektrik stansiyasının yaxınlığındakı sahələr minalanır. Belarusla sərhəddə Ukrayna Silahlı Qüvvələri ikinci müdafiə xəttində düşmən piyadaları və texnikası üçün ölümcül tələlər qururlar”, – deyə məlumatda bildirilib.
Müəlliflər qeyd ediblər ki, Ukrayna hərbçiləri Belarusdan gələcək potensial hücuma hazırlaşırlar.
www.icra-hakimyyeti.org.az