ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə səfər edəcək.
Bu barədə diplomatik mənbələr məlumat yayıb.
Xatırladaq ki, ABŞ rəsmisi müharibə zamanı artıq iki dəfə Ukraynaya səfər edib. 2022-ci ilin aprelində o, Pentaqonun rəhbəri Lloyd Ostinlə birlikdə Kiyevə gəlib. Həmin vaxt görüşdə Ukrayna üçün zəruri olan müasir silahların tədarükü və ABŞ-nin yeni hərbi yardımları müzakirə olunub.
İkinci dəfə Blinken Ukrayna paytaxtına təxminən bir il əvvəl, sentyabrın 8-də səfər edib. Səfər çərçivəsində dövlət katibi, xüsusən Kiyev vilayətinin İrpin şəhərinə baş çəkib, orada yandırılmış avtomobilləri, mərmi izlərini, dağılmış evləri və infrastrukturu – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün nəticələrini şəxsən görüb.
Mənbə: zn.ua
www.icra-hakimyyeti.org.az