Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 2023-cü ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 204 461-ə çatıb.
Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatlarına istinadən məlumat yayılıb.
Məlumata görə, avqustda Almaniyada sığınacaq almaq üçün 27 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17% çoxdur. Beləliklə, səkkizinci ayda artıq 200 min nəfərlik hədd aşılıb.
Bildirilir ki, müraciət edənlərin əksəriyyəti Suriyadan (61,5 min nəfər – 2022-ci illə müqayisədə 81% çox), Əfqanıstandan (35,8 min nəfər, artım 81%) və Türkiyədən (28,7 min nəfər – artım 209%) olub.
Almaniya tarixində sığınacaq axtaranların sayı yalnız 2015-2016-cı illərdə miqrasiya böhranının ən qızğın çağında və 1992-1993-cü illərdə Yuqoslaviya müharibəsi zamanı 2023-cü ildəki göstəricidən çox olub.
www.icra-hakimyyeti.org.az