Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Qəriblər ərazisində keçirmişdir

İCRA hakimiyyeti Sosial Tədbirlər

Masallı RİH başçısı Qəriblər kəndi ərazisinin sakinləri ilə görüşüb
Bu gün, 6 sentyabr 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Qəriblər ərazisində keçirmişdir.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəmişdir.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir