Avropada günün maraqlı futbol qarşılaşmaları – AFİŞA

Dünya


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında beş turdan sonra maksimum xalla lider olan son çempion “Mançester Siti” “Nottinqem Forest”i qəbul edəcək. Şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə autsayderlərdən “Bernli” ilə üz-üzə gələcək.

Almaniya Bundesliqasında son çempion “Bavariya” öz meydanında “Bohum”u sınağa çəkəcək. “Borussiya Dortmund” isə evdə “Volfsburq”la üz-üzə gələcək.

İtaliya A Seriyasında ötən tur “İnter”ə uduzan “Milan” azarkeşləri qarşısında “Verona”nın müqavimətini qırmağa çalışacaq. Mövsümə yaxşı start verən “Yuventus” isə dörd matçda cəmi üç xal toplamağı bacarmış “Sassuolo”nun qonağı olacaq.

İspaniya La Liqasında ötən mövsümün qalibi “Barselona” evdə “Selta”nı sınağa çəkəcək.

Türkiyə Super Liqasında son çempion “Qalatasaray” səfərdə “Başakşehir”lə üz-üzə gələcək.

Avropada günün maraqlı futbol oyunları

23 sentyabr

İngiltərə Premyer Liqası

18:00. “Mançester Siti” – “Nottinqem Forest”

23:00. “Bernli” – “Mançester Yunayted”

Almaniya Bundesliqası

17:30. “Bavariya” – “Bohum”

17:30. “Borussiya Dortmund” – “Volfsburq”

İtaliya A Seriyası

17:00. “Milan” – “Verona”

20:00. “Sassuolo” – “Yuventus”

İspaniya La Liqası

20:30. “Barselona” – “Selta”

Türkiyə Super Liqası

21:00. “Başakşehir” – “Qalatasaray”

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir