Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev antiterror əməliyatı zamanı yaralanan Salmanov İlkin Habil oğlunu müalicə aldığı xəstəxanada ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Kəlbəcər rayon Prokurorunun böyük köməkçisi İslam Mahmudlu yaralının müalicə aldığı xəstəxanaya gələrək, onunla söhbət edib, səhhəti, habelə istək və arzuları ilə maraqlanıblar.
Söhbət zamanı rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, anterror əməliyyatının ilk saatlarında Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini 24 saat müddətində məğlub edərək, ağ bayraq qaldırmağa məcbur etmişdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi.Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.
Rəsmilər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgər və hərbiçiləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, yaralı hərbiçimizə tezliklə sağalıb evinə və xidməti yerinə dönmələrini arzulayıblar.
Qeyd edək, yaralı hərbiçimizin qardaşı Salmanov Elçin Habil oğlu antiterror əməliyatı zamanı qəhrəmancasına şəhid olub.Rayon rəhbəri və digər ziyarətə gəlmiş rəsmi şəxslər yaralı hərbiçiyə və onun anasına baş sağlığı verib, doğmalarına səbr diləyiblər.
İlkin Salmanov Azərbaycanın ərazi bütövlüyünün tam bərpası uğrunda gedən döyüşlərdə qardaşı və silah yoldaşlarının böyük əzm və qətiyyət nümayiş etdirdiyini, qardaşının və şəhidlərimizin qisasının alındığını bildirərək bundan sonra da Ali Baş Komandanın yanında olacağını dilə gətirib.
İlkin Salmanovun anası bir oğlunun vətən uğrunda verdiyini, digər oğlunun yaralı olduğunu qeyd edərək, övladları ilə fəxr etdiyini, qürur duyduğunu bildirmişdir.Övladının müalicəsinin uğurla aparıldığını, bütün lazimi tibbi müdaxilələrin edildiyini ifadə etmişdir. Şəhid anası onlara göstərilən diqqət
www.icra-hakimyyeti.org.az