“Azərbaycanda fəaliyyət göstərən məktəblərə telefon gətirilməməsi məsələsi məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda məktəblərə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur:
“Amma bu tip məsələlər nəzərdən keçirilir”.
Nazir əlavə edib ki, gələcəkdə məktəblərdə telefondan istifadə qadağan edilə bilər.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az