“Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub”.
“Trend”in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir.
“Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-intizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq”, – deyə o əlavə edib.
www.icra-hakimyyeti.org.az