Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı və 10 metr kabel yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
www.icra-hakimyyeti.org.az