Binəqədi rayon sakinləri zibil qutularının qoyulduğu ərazidən narazıdırlar.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər bildiriblər.
Onlar bildiriblər ki, Süleyman Sani Axundov küçəsində zibil qutuları insanların hərəkət etdiyi yola qoyulub:
“Nəticədə ərazidən keçən zaman çətinlik yaranır. Eyni zamanda, qalaqlanmış zibillər daşınmır və üfunət iyi ətrafı bürüyür”.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az