Daxili İşlər Nazirliyi Bakıda 14 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı iddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən edilib:
“Onun ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb”.
Qeyd edək ki, valideyn ötən gün 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadığı evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib. Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az