“Bütün tədris müəssisələri yeni tədris ilinə hazırdır”.
Bunu “Report”un sualına cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, bu il 1 milyon 850 mindən artıq dərslik yerlərə çatdırılıb. Məktəblərdə dərsliklərlə bağlı problem yoxdur.
BŞTİ müdiri qeyd edib ki, 50 məktəb və 30 bağçanın cari təmiri başa çatdırılıb:
“1 məktəbdə və 5 bağçada əsaslı təmir işləri aparılıb. Bütün tədris müəssisələri yeni tədris ilinə, demək olar ki, hazırdır”.
www.icra-hakimyyeti.org.az