Çin dünyada Pakistanda sonra “Taliban” tərəfindən dəyişdirilən Əfqanıstan bayrağını öz ölkəsində qaldırmağa icazə verib.
Bu barədə Əfqanıstanın Çindəki müvəqqəti işlər vəkili Seyid Muhiiddin Sadat məlumat verib.
O qeyd edib ki, bayraq Əfqanıstanın Çində yerləşən diplomatik nümayəndəliyin ərazisində dalğalanacaq.
Qeyd edək ki, “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyəti ələ almasından və ABŞ-nin rəhbərlik etdiyi NATO qüvvələrinin 20 illik müharibədənin ardınca bu ərazini tərk etməsindən sonra Çin Əfqanıstanda ən çox nüfuz qazanan ölkə kimi qəbul olunur.
Mənbə: Sputnik Əfqanıstan
www.icra-hakimyyeti.org.az