Futbol üzrə Əfqanıstan milli komandası maliyyə çətinlikləri səbəbindən Çinin Hançjou şəhərində keçiriləcək XIX Yay Asiya Oyunlarında iştirak edə bilməyəcək.
Bu barədə Əfqanıstan Futbol Federasiyası məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, Çin artıq üçüncü dəfədir ki, Yay Asiya Oyunlarına ev sahibliyi edəcək. On doqquzuncu dəfə keçiriləcək yarışlar sentyabrın 23-dən oktyabrın 8-dək baş tutacaq. Ümumilikdə Yay Asiya Oyunlarının proqramına 42 idman növü daxildir.
www.icra-hakimyyeti.org.az