Ərdəbildə İran rejiminin cinayətlərinə etiraz edən şəxs tutulub – FOTO

Dünya


Puya Vaiz Sultani adlı etirazçı Ərdəbil şəhərindəki Zeynbəyiə məktəbinin qarşısında polis əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Məlumata görə, həbs olunan şəxs əlində ötənilki kütləvi etirazlarda məcburi hicaba etiraz edərkən molla rejimi tərəfindən qətlə yetirilən gənc qızlar Əsra Pənahi, Məhsa Əmini və Nika Şakərəminin adları yazılmış plakat nümayiş etdirib.

Qeyd edək ki, hələlik onun dəqiq kimliyi və hara aparıldığı barədə dəqiq məlumat yoxdur.

 

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir