G20 ölkələri Ümumdünya Ticarət Təşkilatında islahatların aparılmasına çağırış ediblər

Dünya


“Böyük iyirmilik” (G20) ölkələri hesab edirlər ki, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar aparılmalıdır”. 

Bu barədə Hindistanda keçirilən sammitin bəyannaməsində deyilir.

“G20 ölkələri, həmçinin, bazar iştirakçıları üçün əlverişli ticarət və investisiya mühiti yaratmaq məqsədilə proteksionizm və anti-bazar təcrübələrinə qarşı mübarizə aparmaqla, bərabər rəqabət mühiti və ədalətli rəqabətin təmin edilməsini zəruri hesab edirlər” – deyə sammitin bəyannaməsində qeyd olunur.

Xatırladaq ki, Hindistanın Yeni Dehli şəhərində keçirilən G20 ölkələrinin sammiti sentyabrın 10-dək davam edəcək.

Mənbə: Mea.gov.in

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir