“Ermənistan bir çox hallarda özünün günahkar olduğu məsələlərin həllini regionda görmür. Onlar bu həlli regiondan kənar qüvvələrin vasitəsi ilə həll etməyə çalışırlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, regional sülh gündəliyi üçün problemlərin region çərçivəsində həll olunması vacibdir:
“Azərbaycan bu sülh gündəliyini dəstəkləyir. Amma son dövrlər baş verən proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az