İldırım nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb

Cəmiyyət


İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.

Bu barədə APA-ya Yevlax Şəhər İcra Hakimiyyətindən xəbər verilib.

Qeyd edilib ki, rayon ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Belə ki, 10.09.2023-cü il tarixdə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun beş yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir