İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri 429 min nəfərdən çox əhalisi olan Mataram şəhərindən 202 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 509 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Bölgədə sunami təhlükəsi elan olunmayıb.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az