İran-İraq sərhədində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 31 nəfər xəsarət alıb.
Qəza avtobusla minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində boyun və başından ağır xəsarət alan iki uşaq helikopterlə İranın Xuzistan əyalətinin inzibati mərkəzi Əhvaz xəstəxanasına aparılıb.
29 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.
Mənbə: Tasnim
www.icra-hakimyyeti.org.az