İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Möhsün Xocastemehr respublikanın şimal-şərqindəki Xorasan əyalətində yerləşən Tus qaz yatağının işlənməsinə başlandığını elan edib.
Məlumata görə, ilkin dövrdə yataqdan sutkada 3 milyon kubmetr qaz hasil ediləcək.
Xocastemehrin sözlərinə görə, işlənmə zamanı 200 milyon dollar dəyərində səkkiz yeni quyu qazılacaq. İikinci mərhələdə qaz hasilatının sutkada 5 milyon kubmetr olacağı planlaşdırılır.
Qeyd edək ki, Tus qaz yatağı Xorasan əyalətinin mərkəzi Məşhəd şəhərindən təxminən 100 km şimal-şərqdə yerləşir. Yataq 2008-ci ildə kəşf edilib, onun ehtiyatları 60 milyard kubmetrdən çox qiymətləndirilir.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az