İraq Prezidenti Əbdüllətif Camal Rəşid bu gecə Nineva əyalətində toyda baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı araşdırma aparılmasını tələb edib.
Bu barədə Əbdüllətif Camal Rəşid özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Baş verən faciəni araşdırılması və gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – deyə İraq prezidenti yazıb.
Xatırladaq ki, bu gecə İraqın Nineva əyalətində toyda baş verən yanğın nəticəsində 120 nəfər ölüb, 200 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
فاجعة مؤلمة ما حصل لأبنائنا في قضاء الحمدانية اثر الحريق الذي طال تجمع لحفل زفاف، حادث اعتصر قلوبنا وقلوب كل العراقيين حزناً. نؤكد ضرورة فتح تحقيق ومعرفة ملابسات الحادث واتخاذ كافة إجراءات السلامة لمنع تكراره.
عميق مواساتنا وخالص تعازينا الى ذوي الضحايا والشفاء العاجل للمصابين.— Abdullatif J Rashid عبد اللطيف جمال رشيد (@LJRashid) September 27, 2023
www.icra-hakimyyeti.org.az