Kahramanmaraşın Andırın rayonunda əyləci sıradan çıxan yük maşını cənazə namazı qılan insanlara çırpılıb.
Yük maşını əvvəlcə qarşısındakı maşınlarla toqquşub, daha sonra qəbiristanlığa – namaz qılan insanların üzərinə aşıb. Çox sayda insan maşının altında qalıb.
İlkin məlumatlara görə, dəhşətli qəzada 5 nəfər həyatını itirib, 2-si ağır olmaqla 25 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları cəlb ediliblər.
Mənbə: Haber Global
www.icra-hakimyyeti.org.az