Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Cəmiyyət


Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı komitənin “qaynar xətti”nə Toronto Azərbaycan Evindən məlumat daxil olub.

Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir