UEFA Avropa Konfrans Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Monakoda baş tutan tədbirdə 32 komanda səkkiz qrupa bölünüb.
Türkiyənin turnirdəki təmsilçilərinin də rəqibləri müəyyənləşib. “Fənərbağça” H qrupunda “Ludoqorets”, “Spartak” və “Norşelland”la qarşılaşacaq. “Beşiktaş” isə D qrupunda “Brügge”, “Budyo Qlimt” və “Luqano” ilə mübarizə aparacaq.
Konfrans Liqası
Qrup mərhələsi
A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Klaksvik” (Farer adaları)
B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zorya” (Ukrakna), “Breydablik” (İslandiya)
C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo)
D qrupu: “Brügge” (Belçika), “Budyo Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə)
E qrupu: “AZ Alkmaar” (Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Jrinski” (Bosniya və Herseqovina)
F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya)
G qrupu: “Ayntraxt” (Frankfurt, Almaniya), PAOK (Yunanıstan), HIK (Finlandiya), “Aberdin” (Şotlandiya)
H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşelland” (Danimarka)
10:36
Bu gün UEFA Konfrans Liqasında 2023/24 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
İştirakçılar dörd səbətə bölünüblər.
I səbət: “Ayntraxt” (Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Brügge” (Belçika), “AZ Alkmaar” (Niderland), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), “Lill” (Fransa), “Ferentsvaroş” (Macarıstan)
II səbət: PAOK (Yunanıstan), “Slovan” (Bratislava, Slovakiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Aston Villa” (İngiltərə), “Ludoqorets” (Bolqarıstan), “Fiorentina” (İtaliya), “Budo Qlimt” (Norveç)
III səbət: “Genk” (Belçika), “Zorya” (Luqansk, Ukrayna), “Astana” (Qazaxıstan), “Beşiktaş” (Türkiyə), HIK (Finlandiya), “Legiya” (Polşa), “Spartak” (Trnava, Slovakiya), “Olimpiya” (Sloveniya)
IV səbət: “Jrinski” (Bosniya və Herseqovina), “Klaksvik” (Farer adaları), “Aberdin” (Şotlandiya), “Çukariçki” (Serbiya), “Luqano” (İsveçrə), “Breydablik” (İslandiya), “Norşelland” (Danimarka), “Balkani” (Kosovo).
Faiq Tahirov
www.icra-hakimyyeti.org.az