Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həzi Aslanov xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 – ci il təvəllüdlü Fatimə Kəramət qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az