Rusiya və Türkiyə qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradacaq, qovşağın fəaliyyətinin hüquqi bazasını razılaşdıracaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Türkiyə danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
“Qazprom” “Botaş” şirkətinə bu layihənin həyata keçirilməsi üçün yol xəritəsini təhvil verib. Gündəlikdə birgə işçi qrupunun yaradılması, qovşağın fəaliyyəti üçün qanunvericilik bazasının koordinasiyası, tender və alınan qazın ötürülməsi sxemləri var”, – Putin qeyd edib.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az