Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib.
Məlumata görə, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.
Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edib.
Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkilərdə iddia edilən irimiqyaslı saxtakarlıq olub.
Mənbə: gazeta.ru
www.icra-hakimyyeti.org.az