“Əgər ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək olarlar.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az