13 ildən artıqdır davamlı olaraq hakimiyyətdə olan Macarıstanın Baş naziri Viktor Orban 2034-cü ilə qədər hökumətin başında qalacağını planlaşdırır.
Bu barədə o, Macarıstan Vətəndaş Forumunun fəalları ilə görüşündəki çıxışında bildirib.
Orban etiraf edib ki, Ukrayna münaqişəsinin yaratdığı iqtisadi çətinliklər və Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən onun hökumətinin və rəhbərlik etdiyi Macarıstan Vətəndaş Birliyi partiyasının populyarlığı bir qədər azalıb, lakin “digər Avropanın hakim partiyaları qədər deyil” .
Orban həmçinin qeyd edib ki, hökumət əhalinin real gəlirlərinin azalmasından xəbərdardır, lakin ilin sonuna qədər bu tendensiya əksinə çevrilməlidir.
Xatırladaq ki, Orban 2010-cu ildən fasiləsiz baş nazirdir. 2022-ci ilin aprelində onun partiyası Xristian Demokratlar ilə birlikdə parlamentdəki 199 yerdən 135-ni alaraq milli seçkilərdə böyük qələbə qazanıb. Bu, siyasətçiyə daha dörd il müddətinə baş nazir vəzifəsində qalmağa imkan verib. Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.
Mənbə: TASS
www.icra-hakimyyeti.org.az