Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanan 1983-cü il təvəllüdlü Vüsal Mahir oğlu Məmmədzadə təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.icra-hakimyyeti.org.az