Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini – İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.
www.icra-hakimyyeti.org.az