Son günlər havanın qeyri-sabit keçməsi Qubada alma ağaclarının məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Fermerlər deyirlər ki, almalar 18 dəfə dərmanlansa da, çürüyərək onlara zərər vurur:
“Hazırda məhsul yığımına başlamaq istəyirdik. Lakin aparılan tədbirlərə, vaxtı-vaxtında edilən dərmanlamaya baxmayaraq, almalarda qurd xəstəliyi geniş yayılıb”.
Mütəxəssis Mədət Qurbanovun sözlərinə görə, tədbir görülməzsə, bağlarda meyvələrin zədələnməsi 70-80 faiz ola bilər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.icra-hakimyyeti.org.az