Şəkidə bir neçə gün öncə yıxılaraq ağır xəsarət alan 10 yaşlı uşaq dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 11-də Şəki rayonu Aşağı Göynük kəndində qeydə alınıb.
2013-cü il təvəllüdlü Kənan Eminli yeni tikilməkdə olan evin tirindən yıxılaraq ağır xəsarətlər alıb.
Kənan Eminli dünən gecə saatlarında Bakıda müalicə aldığı xəstəxanalardan birində vəfat edib.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az