Sabirabadda baş verən qəzanın təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Dilarə Alməhəmməd qızı Həziyeva hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.
Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Aidə Nizami qızı Abdullayeva , 1980-ci il təvəllüdlü Aynur Hüseyn qızı Vəliyeva, VAZ-21011 markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Muxtar Cəfər oğlu Cəfərov və onun həmyerlisi 1987-ci il təvəllüdlü Ceyhunə Baloğlan qızı Vəliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
20:48
Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını VAZ-21011 markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az