Türkiyə millisinin və “Fənərbağça” klubunun qapıçısı Altay Bayındır karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperlə dördillik müqavilə imzalanıb. Sözləşmənin daha bir mövsüm uzadılması mümkündür
“Qırmızı şeytanlar” bu keçid üçün qarşı tərəfə beş milyon avro ödəyiblər.
Qeyd edək ki, “Fənərbağça” Altay Bayındırı 2019-cu ilin yayında “Ankaragücü”dən transfer edib.
www.icra-hakimyyeti.org.az