Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub.
Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib.
Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər.
“Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”, – deyə o bildirib.
Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.
Mənbə: En Son Haber
www.icra-hakimyyeti.org.az