Türkiyənin “AnadoluJet” aviaşirkətinə məxsus, içərisində yüz əllidən çox sərnişinin olduğu təyyarə Perm hava limanına enərkən uçuş-enmə zolağından çıxıb.
Məlumata görə, 3964 saylı reys Antalyadan havaya qalxıb. Permdə aeroporta yaxınlaşan zamanı sürəti səhv hesablayıb və uçuş-enmə zolağının üstündən keçib.
Qeyd edək ki, təyyarədə 174 nəfər olub. Heç kim xəsarət almayıb. Onlar avtobusla hava limanının terminalına aparılıblar.
Mənbə: Mash
www.icra-hakimyyeti.org.az