“Bu gün kinoteatrda daha çox bayağı filmlərə baxılır. Bu problemin aradan qaldırılması üçün bugünkü tendensiyanı, daha doğru desək, tamaşaçının damarını tutmalıyıq”.
Oxu.Az-ın məlumatına görə, bunu Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, yazıçı Varis Yolçuyev “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunun üçün uşaqlar “Maşa və ayı”ların, “Şrek”lərin əsarətindən çıxmalıdırlar:
“Yəni öncə böyüməkdə olan uşaqlarımızda zövq formalaşdırmalıyıq”.
Müzakirə zamanı ədəbi tənqidçi Əsəd Cahangir isə bildirib ki, ölkəmizdə bəzən istedadlı insanlara qarşı kampaniyalar olur:
“İstedadsız adamlar bu cür kampaniyaları məqsədli şəkildə edirlər. Nəticədə istedadlı insanlar işlərini təqdim edə bilmirlər”.
İlhamə Əbülfət
www.icra-hakimyyeti.org.az