Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də baş verən hadisədə həlak olanlara şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
O bildirib ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) və “Azərenerji” ASC-nin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq”.
Könül Cəfərli
www.icra-hakimyyeti.org.az