Bakının Yasamal rayonunda 64 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən 1959-cu il təvəllüdlü Mainə Çərkəz qızı Böyükişiyevanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimyyeti.org.az