“Qəbələ” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” qanalı forvard Samuel Tette ilə danışıq aparırlar. Məlumata görə, tərəflər anlaşmağa yaxındırlar.
27 yaşlı futbolçu ötən gün Türkiyənin “Adanaspor” klubundan ayrılıb və azad agentdir. Daha əvvəl o, qonşu ölkədə “Bandırmaspor”un, Avstriyada “Zaltsburq”, “Liferinq”, “Sankt-Pölten” və LASK-ın, ABŞ-də “Nyu-York”un formasını geyinib. Qana millisində səkkiz oyuna çıxan Tette bir qol vurub.
Faiq Tahirov
www.icra-hakimyyeti.org.az