ABŞ-nin Baltimor şəhərində yerləşən Morqan Dövlət Universitetinin yaxınlığında baş verən atışma nəticəsində dörd nəfər güllə xəsarəti alıb.
Məlumatı Baltimor şəhərinin Yanğın Departamentinin kommunikasiya direktoru Kevin Kartrayt da təsdiqləyib.
Polis universitet ərazisində olan hər kəsi binanı tərk etməməyə çağırıb.
Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Silahlı insidentin təfərrüatı araşdırılır.
Mənbə: NBC News
www.icra-hakimyyeti.org.az