“HƏMAS Qəzza sakinlərindən “qalxan” kimi istifadə edir”.
Bu sözləri həmrəylik nümayişi üçün İsraildə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok israilli həmkarı Eli Koenlə birgə keçirdiyi mətbuat konfransında deyib.
“HƏMAS indi günahsız insanların arxasında barrikada qurur və onlardan Qəzza zolağında qalxan kimi istifadə edir”, – deyə o bildirib.
“HƏMAS Qəzza zolağının bütün əhalisini girov götürüb”, – deyə Annalena Berbok Qəzza zolağı ilə sərhədə yaxın əraziyə səfəri zamanı qeyd edib.
“Onların tunelləri, silah anbarları və komanda mərkəzləri qəsdən yaşayış binalarında, supermarketlərdə və universitetlərdə yerləşir. Ola bilsin ki, hətta xəstəxanalarda da yerləşir!”, – deyə Almaniya xarici işlər naziri əlavə edib.
Mənbə: Arabnews.com
www.icra-hakimyyeti.org.az