Dövlət Gömrük Komitəsi (DGK) özündə yeddi əsas komponenti birləşdirən yeni “Gömrük İnkişaf Modeli”ni hazırlayıb.
Oxu.Az-ın məlumatına görə, bu modelin yeddi əsas komponentləri sırasında istiqamət, novator, keyfiyyət, işgüzar, şəffaf, asan, faydalılıq öz əksini tapacaq.
İlkin məlumata görə, yeni “Gömrük İnkişaf Modeli”nə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan, eləcə də faydalı gömrük həlləri ərsəyə gətirməkdir.
Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlara və sahibkarlara əlçatan olsun deyə müxtəlif ticarət mərkəzlərində, eləcə də ictimai iaşə obyektlərində yerləşdirilib.
Qeyd edək ki, gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesi çərçivəsində 10-a yaxın layihənin icrası tamamlanıb.
www.icra-hakimiyyeti.az